Qəzzada sionist əsgərlər arasında mədə-bağırsaq xəstəliyi yayılıb

Qəzzada sionist əsgərlər arasında mədə-bağırsaq xəstəliyi yayılıb

Bir sionist qəzeti Qəzzada sionist rejim əsgərləri arasında mədə-bağırsaq xəstəliyinin yayılmasından xəbər verib və bunu “narahatedici” adlandırıb.

Bir sionist qəzeti Qəzzada sionist rejimin əsgərləri arasında həzm xəstəliyinin yayılmasından xəbər verib və təxminən 18 əsgərin müalicə olunduğunu yazıb.

Sionist “Ynet” qəzeti yazıb ki, İsrail ordusu son bir neçə həftədə Qəzzaya qarşı müharibədə iştirak edən əsgərləri arasında həzm sistemi xəstəlikləri və qida zəhərlənməsi hallarının qeyri-adi artımı ilə üzləşib.

Bu qəzet bu xəstələrin müalicəsində məsul olan israilli həkimlərə istinad edərək bu xəstəliyin səbəbinin boyat qidaların qəbulu və gigiyena qaydalarına riayət edilməməsi olduğunu iddia edib.

 “Russia Today” kanalının məlumatına görə, Qəzzaya qarşı müharibədə iştirak edən 18 sionist əsgər bu xəstəliyə tutulub və vəziyyətləri pisləşdikdən sonra müalicə olunmaq üçün öz təlim bazalarına köçürülüb.

Sionist ordunun sözçüsü bununla bağlı deyib: İlk dəfədir ki, 18 əsgərdə mədə-bağırsaq xəstəliyi aşkarlanıb və onlar bu xəstəliyin müalicəsi üçün Qəzzə zolağını tərk ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =