Qəzzada tuneldə işğalçıların ovlanması – 24 saat ərzində 43 sionist əsgər yaralanıb
Fələstin müqaviməti sionist ordusuna qarşı ölümcül hücumlarının davamında Qəzzada bir tunelin girişini partlatmaqla bu rejimin hərbi komandasının ovlandığını elan edib.
İRNA-nın çərşənbə axşamı Əl-Cəzirə kanalına istinadən verdiyi xəbərə görə, HƏMAS hərəkatının hərbi qolu olan Şəhid İzzəddin əl-Qəssam taborları bu barədə bəyanat verərək bildiriblər: Mücahidlərimiz Qəzza zolağının mərkəzində Əl-Burəyc düşərgəsinin şərqində bir tunelin girişini partlatmaqla sionist hərbi komandanı hədəfə alıblar.
Bu bəyanata əsasən, bu əməliyyatda səkkiz nəfərdən ibarət sionist hərbi komanda hədəfə alınıb və onun üzvləri öldürülüb və yaralanıb.
Bununla bağlı İslami Cihad hərəkatının hərbi qolu olan Səraya əl-Qüds də elan edib: Mücahidlərimiz Qəzza zolağının mərkəzindəki “Cəhr əd-Dik” bölgəsində işğalçı rejim əsgərlərinin toplaşdıqları yeri bir neçə minaatandan atəşə tutaraq məhv ediblər.
Eyni zamanda, sionist ordusu da Qəzza zolağının müxtəlif cəbhələrində quru döyüşləri zamanı ötən 24 saat ərzində 43 əsgərinin yaralandığını etiraf edib.