Qəzzada yoluxucu xəstəliklərin yayılması bombardmandan daha ölümcül ola bilər

Qəzzada yoluxucu xəstəliklərin yayılması bombardmandan daha ölümcül ola bilər

Ümumdünya Səhiyyə Təşkilatı bu gün xəbərdarlıq edib: Qəzzada yoluxucu xəstəliklərin yayılması İsrailin bombalanmasından daha ölümcül ola bilər.

Mehr Xəbər Agentliyinin Euro News telekanalına istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Qəzza zolağında uşaqlar arasında yoluxucu xəstəliklərin və ishalın artması ilə bağlı xəbərdarlıq edib və deyib ki, “Qəzza zolağında səhiyyə sistemi bərpa olunmazsa, xəstəlik üzündən həyatını itirən insanlar Sionist rejimin bombardmanının qurbanlarından daha çox olacaq.”

Birləşmiş Millətlər Təşkilatının etibarlı hesab etdiyi rəqəmlərə görə, Qəzzanın səhiyyə orqanları Qüds işğalçılarının bombardmanı nəticəsində 15 mindən çox insanın şəhid olduğunu və onların 40%-ə yaxınının uşaq olduğunu bildirirlər. Digərləri də binaların dağıntıları altında dəfn olunub.

Ümumdünya Səhiyyə Təşkilatından olan Marqaret Harris BMT-nin Cenevrədəki brifinqində deyib:

Qəzza zolağında hər kəs aclıqdan əziyyət çəkdiyi, təmiz və içməli su çatışmazlığı olduğu və insanların mənzillərdə sıx yaşadığı üçün sağlamlığa ciddi ehtiyac duyur.

Harris yoluxucu xəstəliklərin, xüsusən də körpələrdə və uşaqlarda ishal hallarının artması ilə bağlı narahatlığını bir daha təkrarlayaraq, noyabrın əvvəlinə olan məlumata görə, 5 və daha yuxarı yaxşlı insanlar arasında ishal xəstəliyinin normadan 100 dəfədən çox artdığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının Qəzzadakı Uşaq Agentliyinin sözçülərindən biri olan Ceyms Elder də jurnalistlərə video konfransda bildirib ki, bu zolaqdakı xəstəxanalar yanıq və qəlpə yaraları nəticəsində yaralanan və ya çirkli su içməkdən mədəsində iltihab olan uşaqlarla doludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − four =