Qəzzanın ağır bombardmanı: İşğalçılar hər bir canlıya atəş açır

Qəzzanın ağır bombardmanı: İşğalçılar hər bir canlıya atəş açır

Sionist rejimə bağlı qüvvələr Şəfa tibb mərkəzində hər bir canlıya atəş açır.

İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbindəki Ən-Nəsr küçəsindəki bir evi hədəf alıb.

Həmçinin, Qəzzə şəhərinin qərbində Şəfa tibb mərkəzinin yaxınlığındakı Eydiyə küçəsində sionist rejim qırıcıları tərəfindən bir neçə ev bombalanıb.

Eyni zamanda sionist ordu Şəfa tibb mərkəzini atəşə tutub və xəstəxananın içərisində olan insanlardan pəncərələrə yaxınlaşmamağı tələb edib.

Mehr xəbər agentliyinin məlumatına görə, bundan əvvəl Qəzza zolağının Səhiyyə Nazirliyi sionist işğalçıların son 24 saat ərzində bu zolaqda fələstinli ailələrə qarşı 8 kütləvi qətl törətdiyini bildirib.

Bu hesabatda bu qətllər zamanı ən azı 81 fələstinlinin şəhid olduğu, 116 nəfərin isə yaralandığı bildirilir.

Həmçinin ötən il oktyabrın 7-dən sionist rejimin Qəzzə zolağına təcavüzü nəticəsində şəhid olanların sayı 31726 nəfərə çatıb.

Bu vəhşi hücumlar nəticəsində indiyədək 73 min 792 fələstinli yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 16 =