Qəzzanın bombalanması zamanı 18 fələstinli şəhid olub

Qəzzanın bombalanması zamanı 18 fələstinli şəhid olub

Çərşənbə axşamı günü sionistlərin Qəzzənin müxtəlif bölgələrinə hücumu nəticəsində 18 nəfər şəhid olub.

İRNA-nın Əl-Cəzirəyə istinadən verdiyi məlumata görə, İsrail qırıcılarının Qəzza şəhərinin şimalındakı “Əs-Səftəvi” bölgəsində yaşayış binasına hücumu nəticəsində 13 fələstinli şəhid olub.

Sionist rejimin təyyarələri başqa bir hücumda Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin Amal məhəlləsində Şəət ailəsinin evini bombalayıb və bu zaman bir ana və bir neçə uşaq olmaqla 5 nəfər şəhid olub.

Digər tərəfdən, sionist qırıcıların Qəzza İslam Universitetinin prezidenti professor Məhəmməd Eyd Şübeyrin bu şəhərdəki evini bombalaması nəticəsində şəhid olması ilə bağlı xəbərlər var.

Sionist rejimin Qəzza zolağında davam edən təcavüzü nəticəsində Qəzzada şəhidlərin sayı artaraq 11 min 500-ü keçib.

Fələstin rəhbərliyinin Qəzzadakı informasiya ofisi sionist rejimin Qəzzəyə təcavüzü nəticəsində şəhid olanların son statistikasını açıqlayıb və sionist rejimin işğalının əvvəlindən bu yana fələstinli yaralıların sayının 29 mindən çox olduğunu açıqlayıb.

Bu gün ardıcıl 39-cu gündür ki, işğalçıların təyyarələri və tankları Qəzzanın müxtəlif bölgələrini bombalamağa davam edib, nəticədə onlarla fələstinli şəhid olub və yaralanıb, fələstinlilərin çoxlu evləri və ictimai obyektləri dağıdılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =