Qəzzanın cənubunda yeddi sionist əsgər öldürülüb
Xəbər mənbələri cümə günü gecə saatlarında Qəzzanın cənubunda yerləşən Xan Yunis şəhərində HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam batalyonlarının əməliyyatı zamanı yeddi sionist əsgərin öldürüldüyünü bildirib.
İRNA-nın Fələstin Səma xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Əl-Qəssam Briqadaları bu müqavimət qrupunun qüvvələrinin Xan Yunus şəhərinin şərqində yerləşən Əbsan bölgəsində sionist əsgərlərin yolunda piyada əleyhinə bombanı partladaraq 7 sionist əsgəri öldürdüyünü bildirib.
Bu əməliyyat Fələstin KİV-lərinin məlumatına görə, cümə günü səhər saatlarından etibarən sionist rejimin Xan Yunus şəhərinə endirdiyi hava hücumlarında 12 fələstinlinin şəhid olduğu bir vaxtda baş tutub.
Fələstin müqavimət qrupları 7 oktyabr 2023-cü il tarixində Qəzzadan (Fələstinin cənubu) İsrail rejiminin mövqelərinə qarşı “Əqsa tufanı” adlı sürpriz əməliyyata başlayıb və nəhayət 45 gündən sonra 24 noyabr 2023-cü ildə İsrail və HƏMAS arasında dörd günlük müvəqqəti atəşkəs və ya HƏMAS ilə İsrail arasında əsir mübadiləsi ilə döyüşlərə fasilə verilib.
Müharibədəki bu fasilə yeddi gün davam edib və nəhayət, 1 dekabr 2023-cü il, cümə günü səhər saatlarında müvəqqəti atəşkəs sona çatdı və İsrail rejimi Qəzzaya hücumlarını bərpa etdi. Bu rejim “Əqsa tufanı”nın qəfil hücumlarına cavab vermək və məğlubiyyətini kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının bütün keçidlərini bağlayıb və bu ərazini bombalayır.