Qəzzanın Əz-Zeytun məhəlləsində İsrail əsgərləri durdurulub

Qəzzanın Əz-Zeytun məhəlləsində İsrail əsgərləri durdurulub

Əl-Məyadin Şəbəkəsi bu gün, çərşənbə axşamı, fevralın 27-də yaydığı hesabatda işğalçı qüvvələrin 9 günlük döyüşlərdən sonra Əz-Zeytun məhəlləsinin mərkəzinə doğru irəliləyə bilmədiklərini və meydandakı uğursuzluqlarını görə yaşayış evlərini bombalamağa əl atdıqlarını açıqlayıb.

 “Müqavimət döyüşçüləri düşmənə təsəvvür ediləndən də yaxındırlar, onların hərəkətlərini izləyir və müvafiq silahlarla onları hədəfə alırlar.” –  bu fələstinli döyüşçünün Əl-Mayadinə müsahibəsinin bir hissəsidir.

O, həmçinin vurğulayıb ki, bu müddət ərzində müqavimət qüvvələri 20-dən çox avtomobili məhv edib, onlarla pusqu qurub və İsrail snayperlərinin bir çox mövqelərini hədəfə alıblar. Bundan əlavə, onlar çoxlu sayda hərbi maşınları və İsrail əsgərlərinin qərargahını bombalayıblar.

Bu gün İsrailin Qəzzaya hücumlarının 144-cü günüdür və sionist rejimin artilleriyası Qəzza zolağının mərkəzində Cəhr əd-Dik, Əl-Məğraqə və Əl-Məğazi və Ən-Nusirat düşərgələrinin şimalını hədəfə alır.

İsrail ordusu tərəfindən Qəzzada quru hücumunun başlanğıcından bəri çoxlu itki qeydə alınmaqla, media mənbələri Qəzzada müvəqqəti atəşkəs və əsir mübadiləsi üçün Paris razılaşmasının ilkin mərhələsinin təqdim edildiyini bildiriblər.

Dünən Fələstin müqavimət qrupları Qəzza şəhərinin cənubunda yerləşən Əz-Zeytun məhəlləsində işğalçı təyyarələrin və artilleriyanın davamlı və ağır bombardmanlarına baxmayaraq, həyata keçirdikləri bir sıra əməliyyatların təfərrüatlarını açıqlayıb.

Bu əməliyyatlar arasında HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam batalyonları Qəzza şəhərinin Əz-Zeytun məhəlləsinin cənubuna sızan işğalçı qüvvələrin toplaşdığı yerləri ağır minaatanlarla bombalayıb.

Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Əl-Qüds Batalyonları da işğalçı rejimin iki hərbi maşınının Əz-Zeytun məhəlləsindəki hökumət qovşağı və bir neçə düşmən əsgərlərinin toplaşdığı yerlərin RBG mərmiləri ilə hədəf alındığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 11 =