Qəzzanın obyektləri və infrastrukturunun demək olar ki, 70%-i məhv edilib

Qəzzanın obyektləri və infrastrukturunun demək olar ki, 70%-i məhv edilib

Avropa-Aralıq dənizi İnsan Haqları Müşahidə Təşkilatı bu gün verdiyi bəyanatda bildirib: Qəzzanın infrastrukturunun demək olar ki, 70%-i məhv edilib, İsrail qəsdən mülki infrastrukturu hədəfə alır.

Mehr Xəbər Agentliyinin Anadolu Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, mərkəzi Cenevrədə yerləşən Avropa-Aralıq dənizi İnsan Haqları Müşahidə Təşkilatı Qəzza zolağı əhalisinin 4%-nin həyatını itirdiyini, itkin düşdüyünü və ya yaralandığını açıqlayıb.

Bu bəyanatda bildirilir ki, sionist rejimin oktyabrın 7-dən bəri fasiləsiz hava, quru və dəniz hücumları Qəzza zolağının obyekt və infrastrukturunun demək olar ki, 70%-ni məhv edib.

Hesabatda əlavə olunur: İsrail qisas və kollektiv cəzalandırmada mümkün qədər çox insan itkisi, maddi ziyan və dağıntılar törətmək üçün qəsdən mülki infrastrukturu hədəfə alır.

Avropa-Aralıq dənizi İnsan Haqları Müşahidə Təşkilatı qeyd edib: Bu vəziyyət beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasına, həmçinin Roma Statutuna, “Müharibə cinayəti” üzrə Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması haqqında sazişə ziddir.

Bu bəyanata əsasən, bu il yanvarın 4-dək sionist rejimin hücumları nəticəsində 30 min 676 fələstinli, o cümlədən, 28 min 201 mülki vətəndaş həyatını itirib. Onlardan 12 mini uşaq, 6 min 103 qadın, 241 səhiyyə işçisi və 105 jurnalist olub.

Bəyanata əsasən, sionist rejim bölgəyə humanitar yardımların daxil olmasını getdikcə məhdudlaşdırır və Qəzzə xalqını özlərinə tabe etmək və onları öz torpaqlarını tərk etməyə məcbur etmək üçün aclıqdan silah kimi istifadə edir.

Sionist rejimin hücumlarının davamında 318 məktəb, 1612 sənaye mərkəzi, 23 xəstəxana, 169 sağlamlıq mərkəzi, o cümlədən, 57 klinika və 89 təcili yardım maşını, 201 məscid, 3 kilsə və 169 media ofisi hədəfə alınıb.

Təxminən 1,9 milyon fələstinli təhlükəsiz sığınacaq olmadığı üçün didərgin düşüb, bu ərazidə 67 min 946 ev tamamilə dağılıb, 179 min 759 ev isə qismən zərər görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =