Qəzzanın şimalında 11 İsrail komandosu öldürülüb

Qəzzanın şimalında 11 İsrail komandosu öldürülüb

İsrail əsgərlərini çoxlu sayda tələfata uğradan HƏMAS hərəkatının hərbi qanadının qüvvələri bu gecə Qəzzanın şimalında 11 komandonu məhv edib.

Əl-Qəssam Briqadaları (HƏMAS hərəkatının hərbi qolu) Qəzzə şəhərinin şimalındakı Ət-Təvam bölgəsində bir qrup sionist rejim komandosu ilə toqquşdu və nəticədə 11 sionist əsgər həlak oldu.

Şahab xəbər agentliyi Əl-Qəssam qüvvələrinin Qəzza zolağının əƏl-Məğrafə bölgəsində də bir qrup İsrail əsgərini hədəf aldığını bildirib.

Bu hücum piyada əleyhinə minaatanlarla həyata keçirilib və bundan sonra Əl-Qəssam qüvvələrinin sionist əsgərlərlə toqquşması bu əsgərlərin həlak olması və yaralanmasına səbəb olub.

İsrail mediasının ordunun Qəzza müharibəsində rejimin itkiləri ilə bağlı elan etdiyi statistikaya dəfələrlə şübhə ilə yanaşdığı bir vəziyyətdə, cümə axşamı (bu gün) Təl-Əviv onun itkiləri ilə bağlı yeni statistika təqdim edib.

İsrail ordusunun verdiyi açıqlamaya görə, Qəzzaya qarşı müharibə başlayandan bu yana bu rejimin itkilərinin sayı 469 əsgərə çatıb. Ordunun məlumatına görə, 8 İsrail əsgəri də ağır yaralanıb.

İsrail ordusu dünən Qəzzada quru müharibəsi başlayandan bəri bu rejimin 139 əsgərinin müqavimət döyüşçüləri tərəfindən öldürüldüyünü açıqlayıb. Qəzzadakı müqavimət qrupları real statistikanın bundan qat-qat yüksək olduğunu bilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =