Qəzzanın şimalında 17 fələstinli körpə qida çatışmazlığı səbəbindən şəhid olub

Qəzzanın şimalında 17 fələstinli körpə qida çatışmazlığı səbəbindən şəhid olub

Xəbər mənbələri Qəzzanın şimalında 17 fələstinli körpənin qida çatışmazlığı səbəbindən şəhid olduğunu bildirib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Fələstin mənbələri Qəzza zolağının şimalında yerləşən Kamal Udvan xəstəxanasında 17 fələstinli körpənin qida çatışmazlığı və susuzluq səbəbiylə həyatını itirdiyini açıqlayıb.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzzada ölən fələstinli uşaqların sayının artması ilə bağlı xəbərdarlıq etmiş və Qəzzada uşaqların ölümü ilə bağlı narahatlıqların reallığa çevrildiyini açıqlamışdı.

UNİCEF-in icraçı direktoru Ketrin Rassel Qəzzada bir çox uşağın kəskin qida çatışmazlığından əziyyət çəkdiyini bildirərək, “Qəzzada fələstinli uşaqlar ölüm astanasındadır.” – deyib.

Rassell sosial media hesabında X (keçmiş Twitter) yazıb: Qəzzada 2 yaşınadək hər 6 uşaqdan 1-i kəskin qida çatışmazlığından əziyyət çəkir.

2023-cü il oktyabrın 7-də Fələstin müqavimət qrupları Qəzzadan (Fələstinin cənubu) İsrail rejiminin mövqelərinə qarşı “Əl-Əqsa tufanı” əməliyyatına başlayıb və nəhayət, 45 günlük döyüş və qarşıdurmadan sonra 24 noyabr 2023-cü ildə HƏMAS ilə sionist rejim arasında əsirlərin mübadiləsi üçün dörd günlük fasilə elan edildi.

Müharibədəki bu fasilə yeddi gün davam etdi və nəhayət, 1 dekabr 2023-cü il, cümə günü səhər saatlarında müvəqqəti atəşkəs sona çatdı və İsrail rejimi Qəzzaya qarşı hücumlarını bərpa etdi.

Bu rejim “Əqsa tufanı” hücumlarına cavab vermək, məğlubiyyətini kompensasiya etmək və müqavimət əməliyyatları dayandırmaq üçün Qəzzanı bombalayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + fourteen =