Qalant 2-ci Əl Əqsa Tufanı əməliyyatı barədə xəbərdarlıq etdi
Sionist rejimin müharibə naziri Həmasın rəftarlardından 2-ci Əl Əqsa Tufanı Əməliyyatının baş tutma ehtimalından danışıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Yoav Qalant dünən axşam (27 fevral) bəyanat yayaraq Ramazan ayından öncə Həmasın 2-ci Əl Əqsa Tufanı Əməliyyatı keçirmə ehtimalı barədə xəbərdarlıq edib.
Qalant deyib: Həmasın əsas məqsədi Ramazan ayından istifadə etməklə diqqəti Məscidül Əqsa və Qüdsə yönəltmək, İran və Livan Hizbullahın verdiyi dəstəklə güclənərək 2-ci Əl Əqsa Tufanı əməliyyatını gerçəkləşdirməkdir.
Müharibə naziri həmçinin bu bəyanatda Qəzzə müharibəsi başlayandan Həmasın nail ola bilmədiyi şeyi onlara verməməyi vurğulayıb.