Qalant israilli futbolçunun saxlanması səbəbinə od püskürdü

Qalant israilli futbolçunun saxlanması səbəbinə od püskürdü

Sionist rejimin müharibə naziri israilli futbolçunun Türkiyədə saxlanılmasına qəzəblənərək rəsmi Ankaranı “Həmasın icraçı qolu” adlandırıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Yoav Qalant “Antalyaspor” klubunun israilli futbolçusu Saqiv Yehezkel ictimaiyyətdə düşmənçiliyi və nifrəti qızışdırmaq ittihamı ilə saxlanılmasına kəskin reaksiya verib.

Yoav Qalant deyib: Türkiyənin nümayiş etdirdiyi bu mövqe riyakarlıqla bərabər zorakılıqdır. Türkiyə sanki Həmasın icraçı qanadıdır.

Sionit müharibə naziri Türkiyədə bir il öncəki zəlzələdə İsrailin ilk yardımçı olduğunu, bir çox türk vətəndaşının canını xilas etdiyini də iddia edib.

Qalant Yehezkelin həbsini “riyakarlıq və nankorluq” adlandırıb və Türkiyənin özünü HƏMAS-ın icra orqanı kimi apardığını vurğulayıb.

2023-cü ilin oktyabrında İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri Türkiyə rəhbərliyi Fələstini HƏMAS təşkilatının tərəfində olub və dəfələrlə Təl-Əvivi Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edib. Dekabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ı heç vaxt terror təşkilatı kimi tanımayacağını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − fifteen =