“Qalatasaray” ulduz futbolçu ilə razılaşdı – İstanbula dəvət edildi

“Qalatasaray” ulduz futbolçu ilə razılaşdı – İstanbula dəvət edildi

“Qalatasaray” Hakim Ziyeşin transferi ilə bağlı “Çelsi” ilə anlaşıb. Mərakeşli futbolçunun qısa müddətdə İstanbula gələrək sağlamlıq yoxlamasından keçəcəyi gözlənilir.

BAKU.WS xəbər verir ki, heyətində İkardi və Zaha kimi tanınmış futbolçular olan “Qalatasaray” “Çelsi”dən Hakim Ziyeşi heyətinə qatmağa çox yaxındır.

Mərakeşlinin transferi ilə bağlı ingilis klubu ilə razılığa gələn “CimBom” futbolçunu İstanbula dəvət edib.

Məlumata görə, Hakim Ziyeşin tibbi müayinədən keçmək üçün bu gün İstanbula gələcəyi gözlənilir.

Futbolçu ötən mövsüm “Çelsi”nin heyətində 24 oyuna çıxıb. Mərakeşli bu qarşılaşmalarda 3 məhsuldar ötürmə etsə də qol vura bilməyib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + three =