Qallant: Amerika rəsmiləri ilə Qəzzada müharibədən sonrakı vəziyyət barədə söhbət etdim

Qallant: Amerika rəsmiləri ilə Qəzzada müharibədən sonrakı vəziyyət barədə söhbət etdim

Sionist rejimin müharibə naziri Amerikaya səfəri zamanı Qəzzada müharibədən sonrakı vəziyyətlə bağlı bu ölkənin rəsmiləri ilə məsləhətləşdiyini deyib.

İRNA-nın verdiyi məlumata görə, Yoav Qallant iddia edib: Müharibədən sonra Qəzzə üçün fələstinlilərin, regional tərəfdaşların və ABŞ-ın rolunu oynamağı ehtiva edən bir təklif üzərində işləyirəm.

O, daha sonra sionist rejimin ABŞ prezidenti Co Baydenin təklif etdiyi atəşkəs razılaşmasına və məhbusların azadlığı barədə plana əməl olunduğunu da iddia edib.

Sionist rejimin müharibə naziri bazar günü ABŞ-a səfərindən əvvəl verdiyi açıqlamada bildirib ki, bu səfər zamanı Amerika rəsmiləri ilə Qəzzə zolağına qarşı müharibənin üçüncü mərhələsində Fələstinin şimalında Hizbullahla cəbhədəki vəziyyəti müzakirə edəcək.

Qallant həmçinin deyib: Amerika ilə əlaqələr Təl-Əviv üçün daha vacib olub və yüksək rütbəli Amerika rəsmiləri ilə görüş Qəzzada müharibənin gələcəyi üçün çox vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 5 =