Qamışlı ətrafında Suriya ordusunun Amerika terrorçu ordusu ilə qarşıdurması

Qamışlı ətrafında Suriya ordusunun Amerika terrorçu ordusu ilə qarşıdurması

Suriya mənbələri Suriya ordusunun qüvvələrinin Qamışlının cənubunda Amerika terrorçu ordusunun karvanını geri oturtduğunu açıqlayıb.

Mehr Xəbər Agentliyinin Əl-Mərsəd-ə istinadən verdiyi məlumata görə, Suriya mənbələri Suriya Ordusunun qüvvələrinin Qamışlının cənubunda Amerika terrorçu ordusunun karvanını geri çəkilməyə məcbur etdiyini bildirib.

Bu xəbərə görə, Suriya ordusunun nəzarət-buraxılış məntəqəsi dörd zirehli maşından ibarət Amerika koalisiyası karvanının yolunu bağlayıb və onların Həsəkə vilayətinin şimalında, Qamışlı ətrafında yerləşən Təl Əz-Zəhəb kəndinə daxil olmasına mane olub.

Suriya ordusunun qüvvələri Amerika karvanını marşrutunu dəyişməyə məcbur edib.

Sözügedən mənbələr tərəflər arasında heç bir qarşıdurma olmadığını bildirib. Bu Amerika karvanı helikopterlərlə dəstəklənirdi.

Qeyd edək ki, ötən fevral ayının 3-də Qamışlının Hamu kəndinin sakinləri Amerika koalisiyasının patrulunun yolunu kəsərək onun bu kənddən keçməsinə mane olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 8 =