Qan qrupları haqda maraqlı faktlar

Qan qrupları haqda maraqlı faktlar

Qan qrupu insan haqda çox şey deyə bilər. Mütəxəssislər bildirir ki, qan qrupu insanın güzgüsüdür. I qan qrupu – ən qədimdir. Bu qan qrupu neandertal insanın yaşadığı dövrdən (bizim eradan 60 -40 min il əvvəl) günümüzə gəlib çatmışdır. Həmin dövrdə insanlar, məsələn yırtıcılardan qalan leşlə, cəmdəklə, müxtəlif yabanı bitkilərlə, tapdıqları hər hansı həşəratla qidalanırdılar. Adətən bu qrupla doğulan insanlar bir neçə işdən eyni zamanda yapışır və təəssüf ki, heç birini başa çatdıra bilmirlər. Lakin onlar birgə işləyə biləcək insanları çox asanlıqla tapa bilir və nəticələrə məmnuniyyətlə işin nəticəsinə nəzarət edirlər. Başqasının onlarla əmr tonunda danışmasını qəbul etməsələr də özləri bu tonda danışmağı bacarırlar. Xarakterlərində olan bu cəhət I qan qrupunda olan insanlara imkan verir ki, müxtəlif müəssisələrə rəhbər olsunlar.Bu qan qrupundan olan insanların həyatının əsasını hərəkət təşkil edir. Onlar qidalanmada ətə üstünlük verdiklərinə görə bu ağır qidanı həzm etmək üçün çox hərəkət etmək lazım gəlir. Əgər I qan qrupu olan insan az hərəkət edirsə, deməli o, xəstədir.

II qan qrupu təxminən b. e. 25-15 min il əvvəl meydana gəlib. Həmin dövrdə insanlar əkinçiliklə məşğul olmağa, yavaş –yavaş vəhşi heyvanları əhilləşdirməyə başlamışdılar. İndi bu qan qrupundan olan insanların əksəriyyəti Yaponiyada və Qərbi Avropada yaşayırlar.

II qan qruplu insanlar gizli liderdir. Konfliktli I qan qruplu insanlardan fərqli olaraq onlar işin öhdəsindən asanlıqla gələ bilirlər. II qan qruplular öz problemlərindən daha çox başqalarının problemlərini həll etmək qabiliyyətinə malik olduqlarına görə belə insanlardan çoxları məsləhət alır.

Bu insanlarda adətən görmə qabiliyyəti zəif olur, dalaq və ürək xəstəliklərindən əziyyət çəkirlər.

III qan qrupu b. e. 15 min il əvvəl meydana gəlib. Həmin vaxt insanlar Şərqi Afrikanın isti iqlimindən soyuq Himalay ərazisinə köçmüşdülər. Bu zaman insanlar birdən – birə düşdükləri iqlim dəyişikliyinə uyğunlaşmağa başlamışdılar. III qan qrupu da elə bu zaman yaranmışdı. Hazırda bu qan qruplu insanların böyük əksəriyyəti Şərqi Avropa ərazisində yaşayırlar.

Bu qan qruplu insanlar qarşılarına qoyduqları məqsədi səbir və təmkinlə yerinə yetirirlər. Onlardan yaxşı zərgər, kardioxirurq, iqtisadçı, dövlət işçisi çıxır. Həqiqətə asanlıqla çata bildiklərinə görə yaxşı vəkil, hakim, kriminalist, müfəttiş də ola bilirlər.

III qan qruplu insanlarda mədədə, burun –udlaqda, qida borusunda, ümumiyyətlə selikli qişada problemlər olur.

IV qan qrupu ən yeni qan qrupu sayılır. Bu qan qrupu 1000 il bundan əvvəl I və III qrupların qarışığından yaranıb. Nadir hallarda tapılan IV qan qrupa əhalinin yalnız 5% – də rast gəlmək olar. Yaxşı immunitetləri olmasına baxmayaraq çox ciddi xəstəliklərə meylli olurlar. Səbirli olan bu insanlar arxiv işçisi, alim, ixtiraçı ola bilərlər. Bütün zəif yerlərdə olan xəstəliklərə meyllidirlər. Məsələn, eşitmə orqanları, dəri və oynaq xəstəlikləri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =