Qan qrupuna görə qidalanma effektlidirmi?

Qan qrupuna görə qidalanma effektlidirmi?

Elə qidalar var ki, onları yedikdən sonra orqanizmimizdə həm fizioloji, həm də psixoloji dəyişikliklər baş verir.

Bəzi qidalar da olur ki, onları yemək zövq versə də, sonra mədə-bağırsağımıza, hətta əhvalımıza belə pis təsir edir. Sağlam həyat üçün əsas şərtlərdən biri sağlam qidalanmaq olsa da, illərlə sağlıqlı bilib yediyimiz qidaların qan qrupumuza görə xeyirli, yaxud, zərərli ola biləcəyini bilirdinizmi?

Qan qruplarına görə qidalanma fikri ilk dəfə 1950-ci illərdə həkim Peter Dadamo tərəfindən ortaya atılıb. Hələ ki elmi şəkildə tam əsaslandırıla bilməyən bu qidalanma forması hələ də bəzi çevrələrdə müzakirə edilməkdədir. Kimisi çəkisini normaya salmaq, kimisi normal həyat tərzi yaşamaq, kimisi də xəstəliklərdən qurtulmaq üçün bu bəslənmə formasına müraciət edir.

Fitoterapevt Elnur Eldaroğlu da bəzən pasientlərin qan qruplarına görə öz üzərlərində qidalanma ilə bağlı sınaqlar apardıqlarını deyir.

Qeyd edək ki, digər qan qrupları təkamül prosesində yaransa da, 1-ci qan qrupu ən qədim qan qrupudur. Bu qan qrupuna sahib insanlar ilk ovçulardır. Heyvanları ovlayıb ətləri ilə qidalandıqları üçün həzm sistemləri aktivdir və ət yeməklərini sevirlər. 1-ci qan qrupuna sahib insanlar dünya əhalisinin 33,5 faizini təşkil edirlər. Süd məhsulları, taxıl, çörək, buğda xüsusən də qlütenli qidalardan uzaq durmaları məsləhət görülür.

2-ci qan qrupunun əcdadlları ilk vegeterianlar hesab olunur. İnfeksiyalara dözümlü olan bu insanlar daha çox taxıl məhsulları, tərəvəzlər, balıq və ya toyuq yeyirlər. Bu insanlar qırmızı əti daha ağır həzm edirlər.

Elnur Eldaroğlu onu da bildirdi ki, burada fərdi həssaslıq da önəmlidir. Yəni təkcə qida rejimi yox, insanın xarakteri və fərdi keyfiyyətləri də qan qrupu ilə əlaqələndirilir. Dolayısı ilə sevdiyimiz qidalar həm də bizim daxili dünyamızdan xəbər verir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =