“Qanuni Oğrular” təşkilatının rəhbəri Şamil Əmirov İstanbulda saxlanıldı 

“Qanuni Oğrular” təşkilatının rəhbəri Şamil Əmirov İstanbulda saxlanıldı 

İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirov İstanbulda saxlanılıb.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, dələduzluqda itiham olunan Ş. Əmirov “Qəfəs-15” əməliyyatı ilə Sarıyer bölgəsində yaxalanıb.

“Beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara qarşı mübarizəni getdikcə daha da artıracağıq”.

Qeyd edək ki, Ş. Əmirov Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 11 =