“Qarabağ”ın Konfrans Liqasında mümkün rəqibləri müəyyənləşib

“Qarabağ”ın Konfrans Liqasında mümkün rəqibləri müəyyənləşib

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan çempionunun UEFA Avropa Liqasında HİK-lə (Finlandiya) təşkil etdiyi cütün məğlubu mübarizəni üçüncü dərəcəli turnirdə davam etdirəcək.

Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında III raundun məğlubu, üçü isə Konfrans Liqasında III təsnifat mərhələsinin qalibi olacaq.

“Qarabağ” – HİK cütünün Konfrans Liqasında mümkün rəqibləri:

“Valmiera” (Litva) – “Partizani” (Albaniya) cütünün qalibi.

“Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi.

“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi.

Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) – “Breydablik” (İslandiya) cütünün məğlubu.

Avropa Liqasında “Astana” (Qazaxıstan) – “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu.

Qeyd edək ki, bu gün keçiriləcək Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − four =