“Qarabağ”ın “Olimpiya” ilə oyunlarının dəqiq vaxtı və hakimləri müəyyənləşib

“Qarabağ”ın “Olimpiya” ilə oyunlarının dəqiq vaxtı və hakimləri müəyyənləşib

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya “Olimpiya”sına qarşı keçirəcəyi oyunların dəqiq vaxtı bəlli olub.

“Report”un məlumatına görə, avqustun 24-də səfərdə gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, ilk oyunda FİFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov laynsmanlar qismində yardımçı olacaqlar. Radoslav Gidzhenov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × five =