“Qarabağ”ın üç legionerinə milliyə dəvət
![“Qarabağ”ın üç legionerinə milliyə dəvət](https://sizinyol.org/wp-content/uploads/2023/09/7-3.jpg)
“Qarabağ”ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, yarımmüdafiəçi Marko Yankoviç Monteneqro millisinin AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla oyunlarına çağırılıb.
Digər orta xətt oyunçusu Leandro Andrade Kabo-Verde yığmasına dəvət alıb. O, Afrika Millətlər Kubokunun seçmə mərhələsində sentyabrın 10-da Toqo millisi ilə matçda iştirak edə bilər.
Qapıçı Luka Quqeşaşvili isə Gürcüstan millisinə çağırılıb. Onun komandası AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 8-də İspaniya, 12-də isə Norveçlə qarşılaşacaq.
BAKU.WS