Qassam Batalyonları: Düşmən qüvvələri dağılır

Qassam Batalyonları: Düşmən qüvvələri dağılır

Qassam Batalyonları: Düşmən qüvvələri dağılır

HƏMAS hərəkatının hərbi qanadı olan Qəssam batalyonlarının sözçüsü Əbu Ubeydə cümə gecəsi bildirib ki, düşmən qüvvələri dağılır və məhv olur.

İRNA-nın Əl-Cəzirəyə istinadən verdiyi məlumata görə, Əbu Ubeydə səsli mesajında deyib: Əl-Əqsa döyüşünün başlanmasından 70 gün keçir və Fələstin xalqı bu misilsiz döyüşü davam etdirir.

O, əlavə edib: Qəhrəman mücahidlərimiz ən qabaqcıl texnika, silah və döyüşçülərlə təchiz edilmiş ordu ilə qarşı-qarşıyadır və son 5 gündə düşmənin 100-dən çox hərbi maşınını hədəfə almağa nail olublar.

Qəssam batalyonlarının sözçüsü əlavə edib: Mücahidlərimiz zirehli raketlərlə evlərin və binaların içərisindəki işğalçı əsgərləri hədəfə alıblar.

Amerika hökuməti sanki böyük bir ölkə ilə döyüşürmüş kimi işğalçı rejimə kömək etmək üçün hava körpüləri yaradıb.

O, əlavə etdib: sionist rejim valığı ilə bağlı müharibə olduğunu iddia etdiyi bu müharibədə muzdlulardan yardım alır.

Qəssam batalyonlarının sözçüsü mücahidlərin hələ də əllərinin tətikdə olduğunu və hər nöqtədə və hər yerdə düşmənin pusqusunda durduqlarını bildirərək deyib: Dağılan və məhv olan Qəssamın igid döyüşçüləri deyil ,düşmənin qüvvələridir.

Əbu Ubeydə sionist əsgərlərin itkiləri ilə bağlı sözlərin davam edərək əlavə edib: Düşmənin onların ölü və yaralıları ilə bağlı rəsmi şəkildə dərc etdiyi statistikalar həqiqi statistika deyil. Mücahidlərimizin düşmən piyadalarının öldürülməsi ilə bağlı rəvayətləri sübut edir ki, bu rejimin öldürülənləri elan ediləndən qat-qat çoxdur.

O, hazırda işğalçı düşmənə qarşı qiyam və intifada və sanksiyaların hər cür müqavimət üçün vacib və zəruri olduğunu vurğulayaraq deyib: Bir daha Fələstin azad xalqını və mücahidləri sionist düşmənə qarşı səhra fəaliyyətlərini gücləndirməyə çağırırıq.

İRNA-nın məlumatına görə, Fələstin müqavimət qrupları 2023-cü il oktyabrın 7-i, şənbə günü Qəzzadan (Fələstinin cənubu) işğalçı Qüds rejimi və bu rejimin mövqelərinə qarşı “Əqsa tufanı” adlı sürpriz əməliyyata başlayıb. Sionist rejim qisas almaq və məğlubiyyətini kompensasiya etmək və Müqavimət qruplarının əməliyyatları dayandırmaq üçün Qəzza zolağının bütün keçidlərini bağlayıb və ərazini bombalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + six =