Qazaxıstan ilin sonuna qədər Vyetnamla ticarəti 1 milyard dollara çatdırmağı planlaşdırır

Qazaxıstan ilin sonuna qədər Vyetnamla ticarəti 1 milyard dollara çatdırmağı planlaşdırır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vyetnam lideri Vo Van Txıounq ilə danışıqlar aparıb.

“Report” xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.

“Danışıqlar zamanı ticarət-iqtisadi, investisiya, energetika, nəqliyyat-logistika, aqrar-sənaye, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib”, – məlumatda bildirilib.

K.J.Tokayev qeyd edib ki, Qazaxıstan Vyetnamın iqtisadi uğurlarını dövlətlər arasında gələcək əməkdaşlıq üçün ciddi əsas hesab edir.

O xatırladıb ki, ötən ilin sonunda qarşılıqlı ticarət dövriyyəsi yarım milyard dolları keçib, 2023-cü ilin altı ayında isə artıq 600 milyon dollara çatıb. İlin sonuna qədər bu rəqəmin 1 milyard dollara çatdırılması planlaşdırılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =