Qazaxıstan Suriya üzrə Astana danışıqlarını bərpa edə bilər
Qazaxıstan xoşniyyətli jest nümayiş etdirərək Suriya üzrə Astana danışıqlarını bərpa edə bilər.
APA xəbər verir ki, bu haqda Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Nazirlik qeyd edib ki, Suriyada vəziyyətin normallaşdırılması üçün Qazaxıstan öz platformasında Astana formatında görüşləri bərpa etməyə hazırdır. Suriya üzrə beynəlxalq görüşlərin iştirakçıları Astanada danışıqların davam etdirilməsi ilə bağlı kollektiv surətdə müraciət etsələr, bu , mümkündür.
Xatırladaq ki, dünən Qazaxıstan hökuməti Suriyada vəziyyətin nizamlanması üzrə 20-ci görüşünün Astana formatının yekun raundu olmasını təklif edib.
Bu təklif Astana formatı çərçivəsində keçirilən görüşlərin nəticəsində regionda vəziyyətin müsbətə doğru dəyişməsi ilə əsaslandırılıb.
Apa.az