Qazaxıstan və Fransa strateji faydalı qazıntılarla bağlı bəyannamə imzalayıb

Qazaxıstan və Fransa strateji faydalı qazıntılarla bağlı bəyannamə imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Fransa Prezidenti Emmanuel Makron strateji faydalı qazıntılar üzrə əməkdaşlığa dair birgə niyyət bəyannaməsi imzalayıblar.

Bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident Tokayev fransalı həmkarı ilə görüşdə mürəkkəb geosiyasi və geoiqtisadi vəziyyət şəraitində xammal, kənd təsərrüfatı, nəqliyyat, logistika, səhiyyə, innovasiya, maliyyə və yüngül sənaye sahələrində yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, hazırda Qazaxıstanda 170-dən çox fransız şirkəti fəaliyyət göstərir.

Prezident Makron isə Fransanın Qazaxıstandakı şirkətlərinin, xüsusən də enerji və aerokosmik sənayedə iştirakını artırmaq niyyətindən danışıb.

Prezidentlər, həmçinin Qazaxıstanda Fransa İnkişaf Agentliyi Qrupunun yaradılması və fəaliyyəti haqqında saziş, ümumi gücü 1 GVt enerji saxlama sistemi ilə külək elektrik stansiyalarının tikintisi layihəsi üzrə birgə müəssisə haqqında müqavilə və investisiya qoyuluşu haqqında saziş imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − three =