Qazaxıstanda kömür mədəni yanır

Qazaxıstanda kömür mədəni yanır

Qazaxıstanın Karaqanda vilayətində “Kazaxtanskaya” kömür mədəni yanır.

APA xəbər verir ki, bu barədə Karaqanda Vilayət Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, yanğın yerli vaxtla təxminən saat 10:05-də başlayıb, şaxtada işləyən konveyer yanıb.

Yanğın başlayan zaman ümumilikdə mədəndə 227 nəfər olub və hazırda onların xilas edilməsi üçün işlər görülür.

Son məlumata əsasən, 131 nəfər çıxarılıb, lakin hələ də 96 nəfər yerin altındadır.

Karaqanda vilayətinin başçısının birinci müavini və Şaxtinsk şəhərinin meri hadisə yerindədir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =