Qazaxıstanda qaz yatağında güclü yanğın

Qazaxıstanda qaz yatağında güclü yanğın

Qazaxıstanın Janajol qaz-kondensat yatağında güclü yanğın baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat yayılıb.

Məlumata görə, yanğın qaz emalı zavodunun ərazisindəki yüngül karbohidrogenlərin istehsalı zavodunda başlayıb. Nəticədə 4 işçi yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti stabildir.

Hadisənin hansı səbəbdən baş verməsi barədə hələ ki, məlumat yoxdur.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 13 =