Qazaxıstanda təyyarə qəzaya uğradı – Ölənlər var

Qazaxıstanda təyyarə qəzaya uğradı – Ölənlər var

Publika.az xəbər verir ki, Qazaxıstanın Karaqanda vilayətində UPLA286 tipli P2002 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb, nəticədə iki nəfər həlak olub. Bu barədə “Tengrinews.kz” Qazaxıstan Mülki Aviasiya Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, təyyarə sentyabrın 30-da səhər saatlarında Uştobe kəndindəki Balapan təlim meydançasından havaya qalxıb. “Saat 07:46-da havaya qalxdıqdan sonra təyyarənin heyəti bizimlə əlaqə saxlamadı. Axtarış zamanı məhv olmuş təyyarə və iki ölü aşkar edilib. Faktla bağlı Nəqliyyat Nazirliyinin Qəzaların İstintaq İdarəsi tərəfindən araşdırmalara başlanılıb”, – məlumatda deyilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 10 =