Qazaxıstanın Baş naziri İrana səfər edib
Qazaxıstanın Baş naziri Əlixan İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər edib.
APA xəbər verir ki, səfər iki ölkə arasında iqtisadi-ticarət münasibətlərini genişləndirmək və əlaqələrdə daha çox mobillik yaratmaq məqsədilə həyata keçirilib.
Səfər çərçivəsində Tehran və Astana arasında nəqliyyat, ixrac, texniki-mühəndislik xidmətləri, tranzit, enerji, bank sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qazaxıstan rəsmisinin Tehrana səfəri zamanı İran İslam Respublikasının bir sıra yüksək vəziəli şəxsləri ilə görüşü də nəzərdə tutulur.
Apa.az