“Qazpromneft”ə məxsus zavodda güclü partlayış

“Qazpromneft”ə məxsus zavodda güclü partlayış

Omsk Neft Emalı Zavodunda güclü partlayış baş verib.

Bu barədə məlumat teleqram kanallarında yayılıb. 

Şahidlərin dediyinə görə, partlayış səsi şəhərin bir neçə yerində eşidilib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Omsk Neft Emalı Zavodunun mətbuat xidmətindən RBC-yə bildiriblər ki, müəssisə normal işləyir:

“Omsk neft emalı zavodunda baş verən yanğın nəzarət altındadır. Zavodun avtomatik təhlükəsizlik sistemi texnoloji avadanlıqlarda yanğını aşkar edib. Aktivləşdirilmiş avtomatlaşdırılmış yanğınsöndürmə texnikası və yanğınsöndürmə xidməti yanğını operativ şəkildə lokallaşdırır”, – məlumatda deyilir.

Omsk Neft Emalı Zavodu Rusiyanın “Qazpromneft”ə məxsus ən böyük neft emalı müəssisələrindən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + two =