Qırğızıstan-Tacikistan sərhədində insident olub

Qırğızıstan-Tacikistan sərhədində insident olub

Qırğızıstan-Tacikistan sərhədində sakinlər arasında insident olub.

“Report” xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Hadisə yerinə Qırğızıstan Daxili İşlər Nazirliyinin ərazi bölməsinin əməkdaşı gəlib, ona Tacikistan vətəndaşları, Xocai-Aalo kəndinin sakinləri hücum edib.

Qeyd olunur ki, gərginliyin artmasının qarşısını almaq üçün Qırğızıstan və Tacikistanın sərhəd nümayəndələri arasında danışıqlar aparılır. Qırğızıstanın Sərhəd Xidməti ölkə vətəndaşlarını təşvişə düşməməyə və dövlət orqanlarından gələn bütün məlumatları dəqiqləşdirməyə çağırıb.

Bundan əvvəl iyunun 23-də Kovıqta qaz-kondensat yatağında da kütləvi dava olub. Davada 300-ə yaxın adam iştirak edib. Zərərçəkənlər kəllə-beyin travması və göyərmə xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 10 =