Qırmızı dənizdəki gəmiləri qorumaq üçün beynəlxalq həll yolu lazımdır – Pentaqon

Qırmızı dənizdəki gəmiləri qorumaq üçün beynəlxalq həll yolu lazımdır – Pentaqon

Qırmızı dənizdə gəmilərin Yəmənin üsyançı “Ənsar Allah” hərəkatı tərəfdarlarının hücumlarından qorunması beynəlxalq əməkdaşlıq çərçivəsində təmin edilməlidir. 

Bu sözləri Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Vaşinqton bu məsələni bir neçə dövlətlə müzakirə edir. “Husilərin hərəkətləri təhlükəlidir və şübhəsiz ki, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Deməli, bu, beynəlxalq həll tələb edən problemdir”, – deyə Pentaqonun rəsmisi qeyd edib.

“Biz dəniz işçi qrupunun yaradılması ilə bağlı müttəfiqlərimiz və tərəfdaşlarla sıx məsləhətləşmələri davam etdiririk. Bu gün konkret bir şey deyə bilmərəm. Yaxın gələcəkdə daha çox məlumat verə biləcəyik”, – P.Rayder əlavə edib. O, ABŞ-ın bu məsələni bir neçə ölkə ilə müzakirə etdiyini açıqlayıb, lakin onların adını çəkməyib.

Rayder bildirib ki, ABŞ müdafiə naziri Lloyd Austin gələn həftə Yaxın Şərqə səfər etmək və Bəhreyn, İsrail və Qətər nümayəndələri ilə görüşlər keçirmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − six =