Qriqoryanın iddiaları: Ermənistan Azərbaycana qarşı hansı hiylələri işlədir?

Qriqoryanın iddiaları: Ermənistan Azərbaycana qarşı hansı hiylələri işlədir?



Publika.az
Qriqoryanın iddiaları və reallıqları təqdim edir.
Sərhədin delimitasiyası
Danışıqlar prosesində razılaşdırılmayan məsələlərin olduğunu deyən Qriqoryan “ən əhəmiyyətli məsələ” kimi sərhədin delimitasiyasını irəli sürür və qeyd edir ki, bu proses 1975-ci il xəritəsi əsasında aparılmalıdır: “Bu istiqamətdə iş gedir, lakin son razılaşma yoxdur”.

Əvvəl SSRİ dağılanda mövcud sərhəd xətlərini əsas götürən Ermənistanın qəfil 1975-ci il xəritəsini ortaya atması təsadüfi deyil. Bu xəritələrə əsasən anklavlar “barter” formasında həll edilməlidir: Ermənistan işğal altında qalan 8 kəndi qaytarırır, əvəzində Başkəndi və sərhəd boyunca ordumuzun nəzarətində olan bir neçə kəndi alır; bu proses həm də qoşunların sərhəddən çəkilməsini şərtləndirir ki, İrəvanın əsas istəklərindən biri də budur;
“Xankəndi- Bakı formatı” və Qarabağda yeni plan
Qriqoryan bildirir ki, “Xankəndi-Bakı” formatının yaradılacağına, “erməni əhalisinin hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizmin” qurulacağına ümid edirlər. Əlavə edir ki, “Qarabağ münaqişəsi” heç vaxt ərazi münaqişəsi olmayıb, “təhlükəsizlik və hüquqların təmin edilməsi” ərazilərə aid deyil.
Armen bununla demək istəyir ki, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağdakı ermənilərin təhlükəsizliyi ilə bağlı istəklərinin buna aidiyyəti yoxdur”.
Ermənistanın planı bəllidir: Qarabağda “hüquqi münaqişə” mərhələsini başlatmaq və iddialarını bu müstəvidə davam etdirmək;
“Xankəndi-Bakı formatı” ilə separatçıları “tərəfə” çevirir, “hüquq və təhlükəsizlik üzrə beynəlxalq mexanizm”lə məsələni “hüquqi münaqişə” müstəvisinə daşıyırlar. Qriqoryanın “Qarabağ münaqişəsi” ərazi münaqişəsi deyil sözləri də bu hiylənin tərkib hissəsidir.
Sülhməramlılara ittiham
Qriqoryan Qarabağdakı Rusiya sülhməramlılarını da ittiham edib.
“Rusiya sülhməramlıları Xankəndidə gözləntiləri doğrultmadı” deyib və bunu Laçın postunun qurulması ilə əsaslandırıb.
Əslində Ermənistanın sülhməramlıları ittiham etməsində iki məqsədi var:
Birincisi, Qarabağda baş verənlərin günahını Rusiyanın üzərinə yıxır və bununla erməni ictimai rəyində məsuliyyətdən yayınır;
İkincisi, bu ittihamla Rusiya və Azərbaycanı üz-üzə qoymağa çalışır;

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − one =