Qüds əməliyyatına görə məsuliyyəti Əl-Qəssam qruplaşması öz üzərinə götürüb

Qüds əməliyyatına görə məsuliyyəti Əl-Qəssam qruplaşması öz üzərinə götürüb

HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam qruplaşması işğal altındakı Qüdsdəki şəhadət əməliyyatının məsuliyyətini öz üzərinə götürüb.

HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam qruplaşması işğal altında olan Qüdsdəki şəhadət əməliyyatının məsuliyyətini öz üzərinə götürərək, bu qruplaşmanın iki üzvü Mərdad və İbrahim Ən-Nimrin bu əməliyyatda şəhid olduğunu açıqlayıb.

Bu gün (30 noyabr cümə axşamı) Fələstin mediası işğal altındakı Qüdsdə yeni şəhidlik əməliyyatı keçirildiyini elan edib. Bu xəbərə görə, bir neçə sionist işğal altındakı Qüdsdə yerləşən Ramot qəsəbəsində avtobus dayanacağında güllələnib.

Əl-Qəssam hərbçisi vurğulayıb ki, bu qəhrəmanlıq əməliyyatı işğalçı rejimin Qəzza zolağı və İordan çayının qərb sahilində qadın və uşaqları qətlə yetirmək cinayətlərinə, Məscidül-Əqsa və müqəddəs yerlərə hörmətsizlik edilməsinə və sionist rejimin təcavüzünə cavabdır.

Əl-Mənar kanalının xəbərinə görə, sionist rejim rəsmiləri həmçinin Qüds əməliyyatında 3 sionistin öldürüldüyünü və 12 sionistin də yaralandığını elan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × one =