Qüds batalyonları “Kisofim”ə raket hücumu təəşkil edib

Qüds batalyonları “Kisofim”ə raket hücumu təəşkil edib

Qüds Briqadaları (Fələstin İslami Cihad Hərəkatının hərbi qolu) sionistlərin “Kisofim” mövqeyinə raket hücumu təşkil etdiyini açıqlayıb.

Xəbər Online-ın Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, sionist rejim ordusunun Qəzzə zolağına hücumlarından 145 gün keçməsinə baxmayaraq, Fələstin müqavimətinin Qəzza zolağında sionist rejimin əsgərləri və silahlarına qarşı əməliyyatları hələ də davam edir.

Qüds Briqadaları sionistlərin “Kisofim” mövqeyinə hücum etdiyini açıqlayıb. Qüds Briqadalarının məlumatına görə, bu hücum “107” raketləri ilə həyata keçirilib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Qüds batalyonlarının döyüşçüləri həmçinin Xan Yunis şəhərinin “Əl-Qərarə” bölgəsinin cənub-şərqində sionist ordunun 4 nəfərlik əsgəri ilə toqquşduqlarını və bu əsgərləri öldürdüklərini və ya yaraladıqlarını açıqlayıblar.

Bundan əlavə, Qüds Briqadaları Qəzza şəhərinin “Əl Zeytun” qəsəbəsinin cənubunda yerləşən 10 nömrəli küçədə sionist rejim əsgərlərinin toplaşdığı yerə minaatan hücumu elan edib.

Xan Yunis şəhərinin qərb istiqamətindəki Qüds batalyonlarının döyüşçüləri tərəfindən sionist rejimin bir “Merkava” tankı və “D9” buldozeri də “Tandom” raketi və “RPQ” mərmiləri ilə hədəfə alınıb.

Həmçinin Qüds batalyonları “Xan Yunis”in şərqində yerləşən “Əbsanəl-Kəbirə” ərazisində sionist rejim əsgərləri ilə şiddətli toqquşma olduğunu bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =