“Qüds Fələstinin ayrılmaz hissəsi və onun paytaxtıdır”

“Qüds Fələstinin ayrılmaz hissəsi və onun paytaxtıdır”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bəyanat yayaraq sionist rejimin Məscidül-Əqsa ətrafında dəmir sədlər quraşdırmaq və bu müqəddəs məkana sərbəst giriş-çıxışa məhdudiyyətlər yaratmaq istiqamətindəki hərəkətlərini pisləyib.

Bəyanatda vurğulanır ki, Qüds şəhəri Fələstin ölkəsinin ayrılmaz hissəsi və onun paytaxtıdır, Əl-Əqsa məscidinin bütün ərazisi sırf müsəlmanların ibadət yerinə məxsusdur.

İƏT müqəddəs yerlərə və onlarda ibadət azadlığına hörmət edilməsinin zəruriliyini qeyd edərək, Qüds və Məscidül-Əqsada baş verən pozuntuların nəticələrinə görə tam məsuliyyətin işğalçı İsrail rejiminin üzərinə düşdüyünü diqqətə çatdırıb, beynəlxalq ictimaiyyətdən istəyib ki, sionist rejimin gərginliyi artırmaq səylərinə adekvat cavab verilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =