Quranın təhqir olunması İsveçin imicinə mənfi təsir göstərib

Quranın təhqir olunması İsveçin imicinə mənfi təsir göstərib

İl ərzində Quranın yandırılması ilə müşayiət olunan aksiyalar və təbliğat kampaniyaları İsveçə xaricdə mənfi imic formalaşdırıb.

İsveç İnstitutunun mütəxəssisləri Yaxın Şərq, Şimali Afrika və Asiyada, xüsusilə Səudiyyə Ərəbistanı, Misir, Mərakeş, İran, İraq, Türkiyə, Hindistan, İndoneziya və Pakistan əhalisi arasında aparılan sorğunun nəticələrinə həsr olunan son tədqiqatlarında bu qənaətə gəliblər.

Sorğuda hər ölkədən 1000-ə yaxın respondent iştirak edib. Nəticələrə əsasən, rəyi soruşulanların böyük hissəsi İsveçə qarşı mənfi münasibət bəslədiyini ifadə edib, bunun başlıca səbəbi kimi ölkənin müsəlmanlara qarşı dözülməzliyini göstərib.

Eyni zamanda, bəziləri əvvəlki kimi, İsveçə qarşı müsbət münasibətdədir.

“Nəticə tamamilə gözləniləndir. Biz gördük ki, İsveçdə Quranın yandırılması aksiyaları və təbliğat kampaniyaları ilə bağlı müzakirələr gedir. Lakin bütövlükdə dünyada İsveçin pozitiv imici yaranıb. Respondentlər İsveçin ətraf mühitin mühafizəsinə və həyat keyfiyyətlərinə bağlılığını ölkənin güclü tərəfi kimi qeyd ediblər”, – deyə İsveç İnstitutunun Baş direktoru Madlen Şöstedt vurğulayıb.

Onun fikrincə, İsveçin imicinin pisləşməsi əsasən iqtisadiyyat və təhlükəsizlik sahələrində digər ölkələrlə münasibətini təhlükə altına alır.

Madlen Şöstedt qeyd edib ki, İsveç İnstitutu ölkəyə etimadın möhkəmləndirilməsi üzərində işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − nine =