Quranyandırma aksiyalarının təşkilatçısı İsveçdən Norveçə köçür

Quranyandırma aksiyalarının təşkilatçısı İsveçdən Norveçə köçür

Quranyandırma aksiyalarının təşkilatçısı Salvan Momika İsveçi tərk edir və Norveçdən sığınacaq istəyəcək.

“Məni qarşılayan və hörmət edən ölkəyə köçürəm. İsveç mənə hörmət etmir”, – o deyib.

Fevralın əvvəlində İsveç Miqrasiya Məhkəməsi Momikanın deportasiya qərarından şikayətini rədd edib. Məhkəmənin qərarı onun İsveçdə yaşamaq icazəsini ləğv edib. İraqlının 5 il müddətinə ölkəyə girişi də qadağan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =