Quterreş BMT Təhlükəsizlik Şurasına misli görünməmiş məktub göndərib

Quterreş BMT Təhlükəsizlik Şurasına misli görünməmiş məktub göndərib

Birləşmiş Millətlər Təşkilatının baş katibi çərşənbə günü axşam saatlarında misligörünməmiş məktubla Təhlükəsizlik Şurasına xəbərdarlıq edib ki, Qəzzada vəziyyət beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir.

BMT-nin baş katibi Antonio Quterreş çərşənbə günü axşam Qəzzədəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına məktub göndərib. O, bu məktubu BMT Nizamnaməsinin dünya sülhünə təhdidlərdən bəhs edən 99-cu maddəsinə əsaslanaraq dərc edib.

Birləşmiş Millətlər Təşkilatının baş katibi bu məktubda xəbərdarlıq edib: “Qəzzədəki vəziyyət beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir və beynəlxalq ictimaiyyət bu böhrana son qoymaq üçün öz təsirindən istifadə etməlidir.”

Quterreş BMT Təhlükəsizlik Şurasının üzvlərindən təzyiq göstərərək humanitar böhranın qarşısını almağı xahiş edib və Qəzza zolağında humanitar atəşkəsə çağırıb.

Bundan əvvəl İordaniyanın xarici işlər naziri Əyman Əs-Səfədi çərşənbə günü deyib ki, İsrailin hərəkətləri bir xalqın kütləvi şəkildə öldürülməsidir.

O, Əl-Cəzirə xəbər kanalına verdiyi müsahibədə əlavə edib: “İsrailin vəhşicəsinə hücumlarını ört-basdır edən beynəlxalq ictimaiyyətin susqunluğu qəbul edilə bilməz.”

Hökumətin Qəzzadakı informasiya ofisi daha əvvəl elan etmişdi ki, Qəzzada atəşkəs başa çatdıqdan sonra, İsrail ordusu fələstinlilərə qarşı 77 cinayət və qətl törədib, nəticədə 1240 nəfər şəhid olub, şəhidlərin sayı isə 16248 nəfərə yüksəlib.

Oktyabrın 7-də Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS Fələstinin yetmiş ildən çox işğalı və təxminən iyirmi ildir Qəzzanın mühasirəsi və minlərlə fələstinlinin həbs və işgəncəsinə cavab olaraq “Əl-Əqsa tufanı ” adı ilə tanınan əməliyyata başladı.

Bu əməliyyat bu rejimə qarşı ən qanlı hücumlardan biri idi. HƏMAS döyüşçüləri sərhəd hasarlarının bir neçə nöqtəsindən işğal olunmuş ərazilərə soxulub, kəndlərə hücum edib və çoxlu sayda israillini öldürməklə yanaşı, onların bir qismini əsir götürüblər.

Sionist rejim bu əməliyyata cavab olaraq Qəzzəyə qarşı şiddətli hücumlar təşkil edib və bu ərazini tam mühasirəyə alıb və Qəzza əhalisinin elektrik və yanacağını bir müddət kəsib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =