Quttereş: Qəzzədə təcili yardım maşınlarının bombardmanından dəhşətə gəldim

Quttereş: Qəzzədə təcili yardım maşınlarının bombardmanından dəhşətə gəldim

BMT baş katibi dünən (3 noyabr) sionist rejimin Qəzzə zolağında yaralılara tibbi xidmət göstərən təcili yardım avtomobillərinin bombardam etməsi xəbərindən dəhşətə gəldiyini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Antoni Quttereş bu gün (4 oktyabr) deyib: İsrail-Həmas konflikti dərhal bitməlidir.

Quttereş sionist rejimin Əl Şəfa xəstəxanası əhatəsində olan təcili yardım maşınlarını bombardman etməsinə işarə edərək deyib: Xəstəxana ətrafında pərakəndə olan cəsədlərdən çəkilmiş fotoşəkil və videolar inanılmaz dərəcədə insanı təsirləndirir.

Fələstin Səhiyyə Nazirliyi bu barədə bəyanatda deyib: İşğalçı rejim Əl Şəfa xəstəxanasının girişində sözün əsil mənasında soyqırımı edib. Sadəcə bu məkanda 15 nəfər həlak olub və 60 nəfər yaralanıb.

FSN-nin məlumatına görə Əl Əqsa Tufanı Əməliyyatı başlanandan sionist rejimin hücumları nəticəsində 9227 nəfər şəhid olub. Onların 3826-ı uşaq və 2405-i isə qadındır. Yaralılar isə 23516 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =