Quttereşin TŞ-yə məktubu Tel Əvivə od püskürtdü

Quttereşin TŞ-yə məktubu Tel Əvivə od püskürtdü

BMT baş katibinin Təhlükəsizlik Şurasına Qəzzada vəziyyət beynəlxalq sülh və təhlükəsizliyi təhdid etməsi barədə dünən axşamkı (6 dekabr) misligörünməmiş xəbərdarlıq məktubu Tel Əvivin kəskin qəzəbinə səbəb olub.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejimin xarici işlər naziri Elo Koen Antonio Quttereşi “dünyada sülh üçün təhlükə” adlandırıb.

Eli Koen bu gün səhər (7 dekabr) X hesabında yazıb: BMT baş katibi Quttereş dünyada sülhün bərqərar edilməsinə böyük bir təhlükədir və onun BMT Nizamnaməsinin dünya sülhünə təhdidlərdən bəhs edən 99-cu maddəsinə əsaslanmasının əsas məqsədi Həmasa dəstək verməkdir.

Ekspertlərin fikrincə Eli Koenin BMT baş katibinə bu qəzəbinin səbəbi Təhlükəsizlik Şurasının bu məktubu müsbət dəyərləndirməsindən qorxmasıdır.

Xatırladaq ki, Antonio Quttereş dünən axşam misligörünməmiş məktubla Təhlükəsizlik Şurasına xəbərdarlıq edib ki, Qəzzada vəziyyət beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir. Birləşmiş Millətlər Təşkilatının baş katibi bu məktubda xəbərdarlıq edib: “Qəzzədəki vəziyyət beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir və beynəlxalq ictimaiyyət bu böhrana son qoymaq üçün öz təsirindən istifadə etməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =