Rəisi: Araz keçidinin tikintisini sürətləndirmək lazımdır

Rəisi: Araz keçidinin tikintisini sürətləndirmək lazımdır

İran İslam Respublikasının prezidenti İrandan keçməklə Naxçıvanla bağlantı yaradacaq keçidin tikintisinin sürətləndirilməsinə təkid edib.

Seyid İbrahim Rəisi hökumətin iclasında İran-Azərbaycan sərhədindəki layihənin tikintisinin sürətləndirilməsininin vacibliyinə toxunaraq deyib:  vurğulayıb: “Bu layihənin işə düşməsi iki ölkə, eləcə də region ölkələri arasında mübadilə, iqtisadi və ticarət əlaqələrinin səviyyəsini artıracaq”.

Qeyd edək ki, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. Sonra avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 11 =