Rəisi: Fələstin məsələsi azad dünyanın və oyanmış vicdanların ilk məsələsidir

Rəisi: Fələstin məsələsi azad dünyanın və oyanmış vicdanların ilk məsələsidir

 Ayətullah Rəisi türkiyəli həmkarı ilə birgə mətbuat konfransında vurğuladı: Fələstin məsələsi və sionist rejimin Fələstinin məzlum və qüdrətli xalqına qarşı törətdiyi zülm təkcə bölgəmizdəki müsəlman xalqları deyil, bütün dünyanın azad insanlarını və oyanmış vicdanları narahat edib.

İRNA-nın məlumatına görə, İran prezidenti Ayətullah Rəisinin çərşənbə günü axşam Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxışının ən mühüm məqamları bunlardır:

Fələstin məsələsi və sionist rejimin Fələstinin məzlum və qüdrətli xalqına qarşı törətdiyi zülm təkcə bölgəmizdəki müsəlman xalqları deyil, bütün dünyanın azad insanlarını və oyanmış vicdanları narahat edib.

Hansı oyaq vicdan bu vəhşiliklər və cinayətlərdən təsirlənmir? Ona görə də, Fələstin məsələsi bu gün İslam dünyasının ilk məsələsidir və bəlkə də dünyanın ilk məsələsi olduğunu söyləmək olar.

Ən pisi də odur ki, bu cinayətlər Amerikanın və bəzi Qərb ölkələrinin dəstəyi ilə həyata keçirilir. Amerikanın sionist rejimini rəsmən dəstəkləməsi böyük faciədir. Əslində bu cinayətləri törədən Amerikadır.

Daha təəssüfləndirici məqam budur ki, müxtəlif ittifaqları, beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı öz effektivliyini itirib, hər kəsə bəlli olan cinayətlərin qarşısını ala bilmir.

İnsan hüquqlarını müdafiə etdiklərini iddia edənlər və vəzifəsi dünya sülhünü və təhlükəsizliyini müdafiə etmək olanlar kənara çəkiliblər və artıq effektiv deyillər.

Bu gün dünyada ədalətsiz bir nizamın şahidi oluruq. Türkiyə, müsəlman ölkələri və digər dövlətlərlə, eləcə də dünyanın azad insanları ilə birlikdə ədalətli və yeni dünya nizamını həyata keçirməyə çalışmalıyıq.
Əhəmiyyətli məsələ terrorizm, narkotik və mütəşəkkil cinayətkarlıqla mübarizədə verilən qərar idi; terrorla mübarizədə iki ölkə arasında əməkdaşlıq çox vacibdir.

Bilirsiniz ki, İran İslam Respublikası terrorla mübarizədə və regionu bədxahların varlığından təmizləyərək asayişi bərpa etməkdən çəkinməmişdir; İranda terrorla mübarizənin qəhrəmanı, terrorla mübarizənin qəhrəmanı kimi xatırlanmalı olan əzəmətli şəhid Hacı Qasım Süleymanidir.

Amerikalılar seçki kampaniyası zamanı rəsmən elan etdilər ki, biz İŞİD-i yaratdıq. İŞİD-in bölgədə törətdiyi cinayətlərdən və hələ də bölgədəki partlayış və sui-qəsdlərin (terrorların) məsuliyyətini öz üzərinə götürməsindən görürsünüz ki, bunlar amerikalıların əl işidir və sionist rejim tərəfindən dəstəklənir.

Qərb dövlətləri tərəfindən dəstəklənən terror qrupları bu gün Türkiyədə, İraqda, Suriyada, Əfqanıstanda və regionun başqa yerlərində cinayətlər törədirlər; bu gün terrorla mübarizənin həll yolu region ölkələrinin əməkdaşlığı və onların terrorla mübarizədə yeni iradəsidir.

İnanırıq ki, Türkiyənin asayişi bizim asayişimizdir, region ölkələrinin asayişi bizim asayişimizdir və hər hansı bir region ölkəsi üçün ən kiçik gərginlik bütün region üçün gərginlik sayılır.

Biz terrorizmlə mübarizədə qərarlıyıq və inanırıq ki, ölkələri qarışdırmaq və parçalamaq istəyən və separatizmə can atan hegemon sistemin bu süni fenomeni ilə mübarizə apara bilərik.

Bu prosesdə biz ölkələrin əməkdaşlığının çox səmərəli ola biləcəyinə əminik.
Türkiyə ilə çox yaxşı əməkdaşlığımızdan sonra bizim məqsədimiz iki ölkə arasında münasibətlərin səviyyəsini yüksəltmək və inkişaf etdirməkdir.

İran İslam Respublikasının və dostumuz, qonşumuz və qardaşımız Türkiyənin imkanları yüksək imkanlardır.

İki ölkə arasında mövcud imkanlarla iki ölkə arasında münasibətlərin səviyyəsini bütün sahələrdə inkişaf etdirmək olar.

İlk addımda iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin səviyyəsi 30 milyard dollara qədər yüksələcək.

İran İslam Respublikasında enerji sahəsində çox yaxşı potensial var və biz neft, enerji və qaz sahəsində əlaqələrin inkişafı ilə bağlı dost və qardaş ölkəmizlə əlaqələrimizi inkişaf etdirmək qərarına gəldik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − four =