Rəisi: Sionist rejim bu cinayətin bədəlini mütləq ödəyəcək

Rəisi: Sionist rejim bu cinayətin bədəlini mütləq ödəyəcək

İran İslam Respublikasının prezidenti cinayətkar sionist rejimin Dəməşqə raket hücumu nəticəsində sərdar Seyid Rəzi Musəvinin şəhid olması ilə bağlı xalqa müraciət edib.

Seyid İbrahim Rəisi bu müraciətdə vurğulayıb: “Şübhəsiz ki, bu hərəkət qəsbkar sionist rejimin regionda məyusluğu, acizliyi və çarəsizliyinin növbəti əlamətidir və rejim bu cinayətin bədəlini mütləq ödəyəcək.”

Prezident bildirib ki, şəhid Hacı Qasım Süleymaninin yoldaşlarından olan bu cəsur və şücaətli general İslam müqaviməti cəbhəsinin müşaviri kimi Suriyada Əhli-beyt hərəminin müdafiəsi və İslamın uca ideallarının mühafizəsi uğrunda şəhid oldu və əbədi bir ad qoydu.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan da iranlı generalın şəhadətinə münasibət bildirib.

Nazir başsağlığı mesajında Tel-Əvivin sərt geri sayımı gözləməli olduğunu vurğulayıb.

Əmir-Abdullahiyan özünün X sosial media hesabında yazıb: “Bu möhtərəm şəhid İranın və regionun təhlükəsizliyini təmin etmək üçün uzun illər şəhid Həcı Qasım Süleymani ilə birlikdə terrorçulara qarşı şücaətlə döyüşüb. İndi onun şəhadəti ilə Təl-Əviv çətin geri sayım gözləməlidir”.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu – Sepahın Mətbuat Xidməti dekabrın 25-i axşam saatlarında bir açıqlamada Sepahın Suriyadakı peşəkar hərbi məsləhətçilərindən olan Seyid Rəzi Musəvinin şəhid olduğunu elan edib.

Açıqlamada deyilir:

 İran xalqının diqqətinə çatdırılır ki, bir neçə saat əvvəl sionist rejimin Dəməşqə cinayətkar raket hücumu zamanı Sepah-ın Suriyadakı baş hərbi məsləhətçilərindən olan general mayor pasdar Seyid Rəzi Musəvi şəhidlik məqamına yüksəlib.

Şəhid Musəvi şəhid general Hacı Qasım Süleymaninin silahdaşlarından biri olaraq Suriyada müqavimət cəbhəsinə logistik dəstək verən məsul şəxs idi.

Açıqlamanın sonunda qəsbkar və vəhşi sionist rejimin bu cinayətin bədəlini ödəyəcəyi vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − two =