Rəisi: Sionist rejimin heybəti “Əl-Əqsa Tufanı” ilə sındı – Qəzza əhalisini köçürmək mümkün deyil

Rəisi: Sionist rejimin heybəti “Əl-Əqsa Tufanı” ilə sındı – Qəzza əhalisini köçürmək mümkün deyil

Prezident sionist rejimin heybətinin “Əl-Əqsa Tufanı” ilə sındığını bəyan edərək deyib: “Qəzza əhalisini köçürmək mümkün deyil. Fələstin və Qəzza xalqı və gənclərinin etdikləri öz haqlarının qanuni müdafiəsini davam etdirmək idi.”

İRNA-nın məlumatına görə, Ayətullah doktor Seyid İbrahim Rəisi çərşənbə günü, görünməmiş bir hərəkətdə bir saatlıq müsahibədə Livanın “Əl-Mənar”, İraqın “Əl-İtecah”, Fələstinin “Fələstin əl-Yəvm”, Fələstinin “Əl-Əqsa” və Yəmənin “Əl-Məsirə” telekanallarının jurnalistlərin suallarını cavablandırıb.

Prezident deyib: “Dünyanın bütün ağıllı insanları başa düşdülər ki, beynəlxalq təşkilatların və mexanizmlərin bütün iddiaları saxta və yalandır. Yaranmış anti-sionist atmosfer unikaldır və İsrailin öz cinayətlərinin nəticəsidir.”

Rəisi sonra deyib: “Evi əlindən alınmış, ailəsi əsir götürülmüş, şəhid edilmiş, qəbirləri dağıdılmış bir xalq istənilən məntiqlə, istər insani, istərsə də islami və beynəlxalq konvensiya ilə özünü müdafiə etmək hüququna malikdir. Sionist rejimin etdikləri onun Fələstin müqavimətinə qarşı çıxılmaz vəziyyətə düşdüyünü göstərir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =