Rafael Qrossi gələn həftə İrana səfər edəcək
![Rafael Qrossi gələn həftə İrana səfər edəcək](https://sizinyol.org/wp-content/uploads/2024/04/6630f3fde9c9e6630f3fde9ca11714484221e73e53867b1ab479a2e261da65529e8b.jpg)
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi gələn həftə İrana səfər edəcək.
Bu barədə “Mehr” məlumat yayıb.
Qrossi mayın 6-7-də İsfahanda keçiriləcək nüvə konfransında iştirak edəcək. Onun İran rəsmiləri ilə də görüşü planlaşdırılıb.