Ramallahın qərbində anti-sionist əməliyyatı
Fələstin informasiya qaynaqları müqavimət dəstələrinin işğal olunmuş Fələstin və Ramallahın qərbində anti-sionist əməliyyatlarının baş tutduğundan xəbər verirlər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, müqaivmət gənclərinin keçirdiyi bu əməliyyatda bir sionist yaralanıb. Əməliyyat işğal olunmuş Qüdsün şimalında Həzma məntəqəsi yaxınlığında həyata keçirilib.
Məlumatda bu əməliyyatın soyuq silahla baş tutduğu qeyd edilir.
Bəzi informasiya qaynaqları Ramallahın qərbində yerləşən sionist qəsəbəsi Ənatada da anti-sionist əməliyyatının keçirildiyindən xəbər verirlər. Bu əməliyyatların detallı məlumatı hələ medialarda elan edilməyib.
Xatırladaq ki, İordan çayının qərb sahilində yerləşən Ramallah – Fələstin Dövlətinin inzibati mərkəzidir. Əhalisinin yarısını xristian ərəblər, yarısını isə müsəlmanlar təşkil edən Ramallahın 30 minə yaxın əhalisi var.