Reuters: HƏMAS Paris danışıqları üçün layihə təklifini alıb

Reuters: HƏMAS Paris danışıqları üçün layihə təklifini alıb

Reuters xəbər agentliyi məlumatlı mənbələrə istinadən yazıb ki, HƏMAS Parisdə keçiriləcək atəşkəs danışıqları üçün sionist rejimin təklif layihəsini alıb.

Çərşənbə axşamı məlumatlı mənbə Reuters-ə bildirib ki, bu layihəyə əsasən, bütün hərbi əməliyyatlar 40 gün müddətinə dayandırılacaq və Qəzzadakı hər bir sionist əsir üçün 10 fələstinli əsir dəyişdiriləcək.

Bu mənbələrin bildirdiyinə görə, təklif edilən atəşkəs planına əsasən, Qəzzada xəstəxana və çörəkbişirmə müəssisələri təmir olunacaq və hər gün humanitar yardım daşıyan 500 yük maşını Qəzza zolağına daxil olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =