Reuters: İran İsraillə birbaşa qarşıdurmaya getməyəcək
Tehran HƏMAS rəhbərliyinə onların planlarına İsraillə müharibənin daxil olmadığını bildirib.
Bu barədə “Reuters” İran və Fələstin mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Tehranın bu mövqeyi İranın ali dini lideri Ayətullah Xamenei ilə HƏMAS-ın rəhbəri İsmayıl Haniyə arasında noyabrın əvvəlində keçirilən görüşdə səsləndirilib.
Qeyd edilir ki, Xamenei İranın İsraillə birbaşa qarşıdurmaya girməyəcəyinə baxmayaraq, Həmas-a mənəvi dəstəyini davam etdirəcəyini vurğulayıb.