Reutersin iddiası: İran Suriyaya raketlər, pilotsuz təyyarələr və hərbi məsləhətçilər göndərməyi planlaşdırır

Reutersin iddiası: İran Suriyaya raketlər, pilotsuz təyyarələr və hərbi məsləhətçilər göndərməyi planlaşdırır

“Reuters” xəbər Agentliyi Tehranın Suriyaya raket və pilotsuz təyyarələr göndərməyi və Suriya prezidenti Bəşər Əsədi dəstəkləmək üçün bu ölkədəki hərbi müşavirlərinin sayını artırmağı planlaşdırdığını iddia edib.

İRNA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, İranın yüksək rütbəli məmuru bu gün (6 dekabr) iddia edib ki, İran və Suriya üsyançıların böyük şəhərlərə doğru irəliləməsinin qarşısını almaq üçün əməkdaşlığa hazır olduğunu elan edib. Amma Suriya hələ də İrandan quru qoşunları istəməyib.

Bu anonim məmur həmçinin iddia edib ki, hazırda Suriya və Rusiyanın qərarı hava hücumlarını gücləndirməkdir.

Qeyd edək ki, 27 noyabr 2024-cü il tarixində bəzi ölkələrin dəstəyi və yeni xarici qüvvələrin gəlişi ilə təkfirçi terrorçu qruplar Hələb şəhərinin şimal-qərb, qərb və cənub-qərbindəki mövqelərinə kütləvi hücuma keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 19 =